Bu gün Fransanın paytaxtı Parisdə Suriya probleminə həsr olunmuş konfrans keçirilib. Konfransa ABŞ dövlət katibi Con Kerri, Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Fransa və İngiltərə xarici işlər nazirləri qatılıb.
Konfransa qatılan ölkələr, vətəndaş müharibəsinin hakim olduğu Suriyada atəşkəsin təmin edilməsinin lazım olduğunu vurğulayaraq, siyasi danışıqların başlanması üçün çağırış ediblər. Toplantı iştirakçıları Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Suriya müxalifətinin reallaşdırdığı görüşdə qəbul olunan qərarlara da dəstək verdiklərini bəyan ediblər.
Fransa xarici işlər naziri Laurent Fabius yalnız Bəşər Əsədin gedişi ilə nəticələnəcək siyasi keçidin Suriyanın yenidən qurulmasını təmin edə biləcəyini bildirib: “Fransa, demokratik və bütün vətəndaşların hüquqlarına hörmət edəcək bir rəhbərliklə Suriyadakı qarşıdurmaların sona çatacağına inanır”.
Aydın Taş