ABŞ prezidenti Barac Obama ABŞ-Kuba münasibətlərindən danışıb. Prezident, Kubada insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində irəliləyiş olacağı halda, səlahiyyət müddəti başa çatmadan bu ölkəyə səfər edə biləcəyini açıqlayıb. Obama, iki ölkə arasında diplomatik əlaqələrin yenidən bərpa edilməsinə baxmayaraq, hələlik bu ölkədə azadlıqlar və insan hüquqlarının təmin olunmasında dəyişiklik olmadığını bildirib. Obama, bu istiqamətdə dəyişiklik olmadan Kubaya səfər etməyəcəyini rəsmi Havanaya çatdırdığını da vurğulayıb:
“Kubaya getməyə maraq duyuram, amma bunun üçün uyğun şərtlər olmalıdır. Kuba hökumətinə, sıravi kubalıların azadlığı istiqamətində irəliləyiş gördüyümüz təqdirdə Kubaya səfər edəcəyimi çatdırmışam. Dövlət başçısı Raul Castro ilə söhbətlərimdə Kubada ifadə azadlığının əhatəsini genişləndirməyin önəmli olduğunu açıq ifadə etmişəm”,- deyə Obama bildirib.
Aydın Taş