AB milli sərhədləri götürür

avropa_birliyi-bina-bayraqAvropa Birliyi, qaçqınlarla mübarizə üçün 28 üzv dövlətin sərhədlərinə nəzarət edə biləcək plan üzərində işləyir. Fransa və Almaniyanın dəstəklədiyi plan reallaşarsa, AB istədiyi sərhədə üzv ölkənin razılığını almadan, təhlükəsizlik qüvvələrini göndərə biləcək.

Avropa Birliyinin icra orqanı olan Avropa Komissiyası, bununla, 28 üzv dövlətin quru və dəniz sərhədlərini qeyri-qanuni keçidlərdən qoruyacağını düşünür. Plana görə, hərhansı ölkə istəsə belə, komissiyanın qərarına qarşı çıxıb sərhədləri aça və ya bağlaya bilməyəcək. Yunanıstan, İtaliya və Bolqarıstan kimi dövlətlər istisna olmaqla, əksər dövlətlərin bu plana isti yanaşdığı bildirilir.

 

Aydın Taş