İranın neft nazirinin beynəlxalq əməkdaşlıq və ticarət işlərinə cavabdeh müavini Amir Hossein Zamaninia, İranın qiymətlər düşsə də neft ixracını artırmağı gecikdirmək kimi bir planının qətiyyən olmadığını deyib.
Neft, İranın xam neft ixracını artıracağı açıqlamsından sonra uczlaşmaqda davam edib. Brent nefti 37,46 dollara, ABŞ xam nefti isə 35,31 dollara düşüb.
Neft İxrac edən Ölkələr Birliyi (OPEC), neft hasilatının maya dəyəri yüksək olan ABŞ və Rusiya istehsalçılarını bazardan sıxışdırıb çıxartmaq üçün hasilatını azaltmır və bu da bazarda neft təklifi artıqlığı yaradıb. OPEC hesab edir ki, neft bir qədər də aşağı düşərsə, yüksək xərcli istehsalçılar fəaliyyətlərini dayandıracaqlar.
Analitiklər bildirirlər ki, “Qiymət müharibəsi” yəqin ki, gələn ilin sonuna qədər davam edəcək və Səudiyyə Ərəbistanı hasilatını azaltmayacaq və İran istehsalını artırmağa davam edəcəkdir.
(marja)