Çin yuanı, mərkəzi bankın pul vahidinin yalnız dollar qarşısındakı hərəkətləri ilə ölçülməməsi lazım olduğunu açıqlaması və bu açıqlamanın yuanın daha da düşməsinə yol açacağı şəklində şərh olunmasından sonra dörd ilin ən aşağı səviyyəsinə enib.
Çin Mərkəz Bankı açıqlamasında, məzənnələrin birdən çox ölkə ilə xarici ticarət və investisiyaların bir təzahürü olduğunu və bazarın yuanın bir məzənnə səbəti qarşısındakı dalğalanmasını nəzərə alması lazım olduğunu qeyd edib. Banklararası əməliyyatları keçirmək üçün Çin Mərkəz Bankı Çin Valyuta Ticarət Sistemini – 13 pul vahidindən ibarət yeni bir yuan indeksini hazırlayıb və dollar bu səbətdə 26.4 faiz çəkiyə malikdir.
Yuan dollar qarşısında 0.05 faiz azalma ilə, Şanxay saatı ilə 13:37-də 6.4585 səviyyəsinə enib. Çin valyutası erkən saatlarda 6.4665 səviyyəsinə enərək İyul 2011-dən bu yana ən aşağı səviyyəsini görüb. Çin yuanı bu il dollar qarşısında 9% dəyərdən düşüb.
(marja)