İŞİD-in işini bitirən 5 güclü “silah”

ishid-1Qruplaşmanı məhv etmək üçün Qərbə alternativ variantlar təklif olundu

Bradford Universitetinin professoru, Oksford Tədqiqat Konsaltinq qupunun münaqişələr üzrə eksperti Paul Rogers IŞID-ə qarşı daha səmərəli mübarizə metodları təklif edib.

“IŞID-in uğurunun səbəbi odur ki…”

Rogers hesab edir ki, havadan endirilən zərblər səmərə vermədiyi üçün Qərb alternativ variantlara əl atmalıdır: “Bu silahlı qruplaşmanın böyüməsinin qarşısı almaq üçün Qərbin görməli olduğu alternativ tədbirlər var. Cihadçılara qarşı aviazərbələr nəticə vermir. Əgər region miqyasında baxılarsa, IŞID ötən illə müqayisədə heç də zəifləməyib. Əksinə yeni qüvvələr cəlb etməkdə davam edib”.

Paul Rogers BBC-yə müsahibəsində ABŞ rəsmilərinə istinadən bildirib ki, 15 aydır davam edən hava zərbələri nəticəsində 20 min IŞID tərəfdarı öldürülüb: “ABŞ kəşfiyyat agentliklərinin verdiyi məlumatlara görə isə 15 ay əvvəl IŞID-əqoşulan döyüşçülərin sayı 15 min olub. Hazırda isə bu rəqəm 30 mindir. IŞID-in bu uğurunun bir səbəbi də qruplaşmanın apardığı təbliğatdır. Həmin təbliğatda ABŞ-ın apardığı kampaniya Islama qarşı səlib təcavüzü kimi təqdim olunur”.

“Qaçqınlara təcili yardım edilməlidir”

Professor Rogersin fikrincə, IŞID-in bu təqdimatını asanlaşdıran Səudiyyə Ərəbistanı, Iordaniya, habelə Belçika və Danimarka kimi ölkələrin koalisiyadan ya çıxması, ya da ona minimum töhfə verməsidir: “Hazırda IŞID də taktikasını dəyişərək diqqətini təkcə qondarma xilafət üçün ərazilərin fəth edilməsinə deyil, həm də Liviya, Tunis və başqa ölkələrdəki “toxumları” vasitəsilə transmilli hərəkata çevrilməyə yönəldir. Lakin Qərbin radikal Islamın qarşısını ala bilməsi üçün mümkün tədbirlər vardır”.

Rogersin IŞID-in böyüməsinin qarşısını almağa yönəlmiş 5 təklifi var. Onlardan birincisi qaçqınlar üçün yardım siyasətidir: “Ən əsası qonşu ölkələrə yığılmış çox sayda qaçqına çevik yardımın göstərilməsidir. Hazırda Iordaniya, Livan vəTürkiyəyə pənah aparan 3 milyonadək qaçqın var. Qışın gəldiyi bir vaxtda Livan və Iordaniyadakı vəziyyət xüsusilə ağırdır. Buradakı qaçqınlara təcili yardım göstərilməlidir. Yoxsa, bu vəziyyət daha böyük qeyri-sabitliyə yol aça bilər”.

Ikinci təklif Iraqda kompromisdir: “Iraq və Suriyadakı sünni, şiə icmaları arasındakı gərginlik IŞID-ə imkan verir ki, o, özünü Islamın sünni qolunun əsl müdafiəçisi kimi təqdim etsin. Odur ki, Bağdaddakı Abadi hökumətini sünni azlıqla daha üzüyola olmağa sövq etmək lazımdır. Əks halda sünnilər dəstəyi IŞID-də axtaracaqlar”.

“Daim qan verən yaraya çevriləcək”

Liviyada sülhün bərqərar olması professorun növbəti təklifidir: “Liviyadakı müharibə də IŞID-i qidalandıran qeyri-sabitliyə töhfə verir. Liviyada sülhün bərqərar olması üçün BMT-nin səylərini gücləndirməsinə nail olmalıyıq. Əgər bunu edəbilməsək, Liviya daim qan verən yaraya çevriləcək”.

Dördüncü təklif Suriya üçün danışıqlar prosesinin təşkilidir: “Suriya münaqişəsi IŞID-ə yeni-yeni döyüşçülər cəlb etməyə yardım edir. Suriyada savaşı bitirmək üçün hər hansı bir şəkildə kompromis lazımdır. Burada indi kiçik bir ümid işartısı var. Çünki səudlar və iranlılar hal-hazırda, heç olmasa Vyanada kövrək danışqılara başlayıblar. Bu prosesdə ruslar, amerikalılar və başqaları da iştirak edir. Lakin bu, uzun yolda yalnız ilk addım ola bilər”.

Nəhayət ekspertin sonuncu təklifi Misirdə repressiyalara son qoyulmasıdır: “Qahirədəki Sisi hökuməti Islam müxalifətinin hər hansı bir formasına qarşı çox güclü repressiya tətbiq edir. Düşünürəm ki, bu, çox təhlükəlidir və IŞID üçün yeni bir dəstəyi coşdura bilər”.