ABŞ neft embarqosuna son qoyur

absABŞ Konqresi gələn həftə ölkədən xam neft ixracına 40 ildir tətbiq edilən embarqonu götürə bilər. Bu barədə The Wall Street Journal nəşri yazıb. Məlumata görə, neft anbarlarda yer olmadığından satışa çıxarıla bilər. Qışın isti keçməsi də neftə olan tələbatı aşağı salıb.

Dəyişikliklə bağlı səsvermə çərşənbə günü keçirilməlidir. Ağ Ev nümayəndələri isə Obamanın qanuna veto qoymaq niyyətində olduğunu açıqlayıblar. Ancaq hazırkı qanun layihəsi administrasiyanın da müdafiə etdiyi bərpa olunan enerji mənbələrinin inkişafına dəstəyi də nəzərdə tutur.

Neft şirkətləri də embarqonun əleyhinə çıxış edir. ABŞ-ın embarqonu götürməsi neftin qiymətinin bir qədər də ucuzlaşmasına səbəb olacaq.

azadlıq.info