Rusiya Suriyada daha 50 dinc sakinin həyatına son qoydu FOTO

suriyali qacqinlarBu gün səhər saatlarında Rusiya ordusuna aid döyüş təyyarələri Şamın şərqində yerləşən Duma mahalına hava zərbələri endirib. Təşkil olunan hücumlar nəticəsində 50 dinc sakinin öldüyü, 200 nəfərin isə yaralandığı bildirilir.

Mülki müdafiə səlahiyyətlilərinin verdiyi məlumata görə, Rusiya təyyarələri müxaliflərin nəzarətində olan Dumaya 25 dəfə aviazərbələr endirib.

Hava hücumları zamanı çox sayda yaşayış evinin dağıldığı da bildirilir.

 

 

Aydın Taş