elcibey3

BDU-dan Elçibəyə qarşı hörmətsizlik; Əli Kərimlidən sərt reaksiya

elcibey3Bakı Dövlət Universiteti mərhum prezident Əbülfəz Elçibəyə qarşı kobud hörmətsizliyə yol verib.
Universitetin rəsmi saytında (bsu.edu.az) yer alan “dünya şöhrətli məzunlarımız” bölümündə Əbülfəz Elçibəyin adı yer almayıb. Baxmayaraq ki, Elçibəy BDU-nun şərqşünaslıq fakültəsini bitirib və uzun müddət burada müəllim işləyib, Milli Azadlıq Hərəkatının lideri, 1992-1993-cü illərdə Azərbaycanın ikinci prezidenti olub.
BDU rəhbərliyinin bu rüsvayçı hərəkətinə AXCP sədri Əli Kərimli sərt reaksiya verib. O, feysbuk səhifəsində yazıb:
“Rəsulzadə-Elçibəy dərdi bunları bitirəcək. İndi də öz aləmlərində Ə.Elçibəyin tariximizdəki rolunu kiçildirlər. BDU-nun saytında “dünya şöhrətli məzunlarımız” bölümünə 43 nəfərin adı daxil edilib. Lakin həmin 43 nəfərin arasında BDU-nun məzunu və müəllimi olmuş, Azərbaycanın ikinci prezidenti və həqiqətən dünyada tanınmış Əbülfəz Elçibəyin adı yoxdur…

Adamlar anlamırlar ki, BDU-dan Rəsulzadənin adını götürəndə də, indi də itirən Rəsulzadə və Elçibəy deyil, Bakı Dövlət Universitetidir. BDU Rəsulzadə və Elçibəyin hörmətini artırmır, amma M.Ə.Rəsulzadə və Ə.Elçibəy BDU-nun hörmətini artırardı. Niyə imkan vermirsiniz ki, BDU daha şöhrətli olsun?”

BDU-nun rəzaləti