Kuril adaları yaxınlığında güclü zəlzələ olub

zelzeleRusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar yerli vaxtla 04:52-də qeydə alınıb. Zəlzələnin episentri Cənub-Saxalinsk şəhərindən 794 kilometr şərqdə yerləşib.

Rusiyalı mütəxəssislər, zəlzələnin “dağıdıcı təkanlar” kateqoriyasına daxil olduğunu qeyd ediblər.

Zəlzələ ilə əlaqədar Saxalin vilayətində sunami xəbərdarlığı elan edilməyib. (APA)