Rusiyada faciə: 21 ruhi xəstə diri-diri yandı

rusiya-yanginki nəfərin axtarışları davam etdirilir

Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. Bu barədə “TASS”a Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.

“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.

Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir. Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir.

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.

Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub.

İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb. (APA)