Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edir. Qətərin xarici işlər naziri Hamad bin Yassim Qahirədə keçirdiyi mətbuat konfransında təşkilata daxil olan 22 ölkədən 19-nun sanksiyaları dəstəklədiyini bildirib. Söhbət ilk növbədə Suriya ilə iqtisadi layihələrin dayandırılması və bu ölkənin xarici banklardakı aktivlərinin dondurulmasından gedir.
Dəməşq bu addımı satqınlıq kimi qiymətləndirib.