Bir neçə saat əvvəl, Şamaxıda “Şirvan” otelinin Orxan adlı mühasibi özünü 9 mərtəbəli otelin damından yerə atmaqla intihar edib.
Bu barədə Azadlıq qəzetinin baş redaktoru və Azərbaycan saatı teleproqramının müəllifi, əslən Şamaxıdan olan Qənimət Zahid özünün feysbuk hesabında məlumat yayıb.
Baş redaktor qeyd edir ki, intiharın dəqiq səbəbləri ona bəlli deyil. Mərhum isə gəncdir, yeni ailə qurubmuş.
Q.Zahidin yazdığına görə,”Şirvan” oteli Bəylər Əyyubova məxsusdur, onun tərəfindən özəlləşdirilib.
azadliq.info-ya daxil olan əlavə məlumatda isə deyilir ki, Orxan adlı mühasib 24 yaşında olub. O, Şamaxının Təklə kəndindəndir. Onun borc üzündən intihar etdiyi deyilir.