Mütəllibovun cavabı verildi

mutellibov

Gözəl Bayramlı: «Kəlbəcərin işğalı daxili xəyanətin və Rusiyanın açıq dəstəyinin nəticəsi idi»

Rəhim Qazıyev: «Mütəllibov elə cəsarətdən, ləyaqətdən danışırsa, niyə ölkəni hərbi təyyarədə tərk etdi?»

Pənah Hüseyn: «Bu yaşında yalan danışma!»

Ayaz Mütəllibov Azərbaycanın iki keçmiş prezidenti barədə təzadlı fikirlərlə gündəmə gəlib. Onun “modern.az” saytına müsahibəsində xüsusən Əbülfəz Elçibəy barədə fikirləri kəskin etirazlara səbəb olub. Ayaz Mütəllibov müsahibəsindədeyib ki, Elçibəyi Heydər Əliyevlə müqayisə etmək düzgün deyil: “Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var”.

“Ayaz Mütəllibovun danışmağa mənəvi haqqı yoxdur”

gozel bayramli-itv-cixish

AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, Ayaz Mütəllibovun bu fikirləri Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti, böyük demokrat Əbülfəz Elçibəyə, həmçinin həmçinin AXC hakimiyyətinə qarşı yalan, böhtandan başqa bir şey deyil: “O tarixin canlı şahidi olan hər kəs bilir ki, AXC-nin bir illik hakimiyyəti zamanı Qarabağın geri qaytarılması uğrunda hər gün gərgin mübarizə gedirdi, eyni zamanda, ordu formalaşdırılırdı. Itkilər verirdik, əsgərlərimiz şəhid olurdu, ancaq torpaqlarımızı işğalçılardan azad edirdik, Qarabağın 40 faizini azad etməyə nail olmuşduq. Xalq Cəbhəsi sıralarından minlərlə şəhid vermişdi, minlərlə cəbhəçi könüllü olaraq torpaqlarımız uğrunda ölüm-dirim savaşı verirdi. Ordumuzun uğurlu əməliyyatları nəticəsində neçə-neçə kəndlərimizi azad etmişdik, artıq ermənilərin Qarabağdan kütləvi şəkildə köçü başlamışdı. Hərbi güc Azərbaycanın xeyrinə olsa da, Kəlbəcərin işğalı daxili xəyanətin və Rusiyanın açıq dəstəyinin nəticəsi idi”.

Gözəl Bayramlının sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından sonra qəbul etdiyi qətnamədə Kəlbəcərin 2 ay ərzində azad olunması nəzərdə tutulmuşdu: “Daxili xəyanətin, Rusiyanın dəstəyinin və 4 iyun qiyamı nəticəsində hakimiyyətin zəbt olunması Kəlbəcərin və onunla bərabər digər işğal olunmuş ərazilərimizi hələ də düşmən tapdağı altında olmasının acısını xalq olaraq bizlərə yaşatmaqdadır. Ayaz Mütəllibovun isə nə Əbülfəz Elçibəy, nə dəişğal olunmuş torpaqlarımız barədə danışmağa mənəvi haqqı var. Bu gün onun sığındığı və şəninə təriflər söylədiyi Əliyevlər rejimi Azərbaycanın bir qarış torpağını belə azad edə bilməyib, əksinə ölkənin bütün sərvətlərini oğurluqla mənimsəyib, uğursuz daxili və xarici siyasəti ölkəni uçurumun həddinə gətirib çıxarıb”.

“Ayaz Mütəllibov Heydər Əliyev haqqında dediklərini nə tez unudub?”

rehim-qaziyev-metbuat-konfransi

Keçmiş müdafiə naziri Rəhim Qazıyev də Ayaz Mütəllibovun məlum fikirlərilə bağlı fikirlərini “Azadlıq”a bildirib: “O, ölkənin ilk prezidenti kimi bir az özünə hörmət etsə, yaxşıdır. Yaxşı olar ki, birinci prezident kimi Mütəllibov öz yerindəotursun, ağzına gələn ifadələri işlətməsin, yoxsa mən onun haqqında kifayət qədər çox şey deyərəm. Özü də mən bilmədiyim şey haqqında danışmaram. Ayaz Mütəllibova məsləhətim budur ki, birincisi, bildiyi şeylər haqqında danışsın. Ikincisi də, öz gözündə tiri qoyub, başqasında tük axtarmasın.

Ayaz Mütəllibov Heydər Əliyev haqqında dediklərini nə tez unudub? Ona bəzi xatırlatmalar da etmək istəyirəm. 1990-ci mən Lefertovo həbsxanasından azad olunandan sonra onunla görüşüm olmuşdu. O zaman mənə bildirdi ki, HeydərƏliyev qayıdıb, xəbərin var? Məndən ev istəyir. Dedim ver də, bu evlərin çoxunu o, tikib. Həm də ona burda bir iş ver işləsin. Dedi ki, “yox, qoy çıxıb getsin Naxçıvana, Qardaşlıq Ağa və Hacı Seyfəl buna imkan verməzlər”. Mən ona onda bildirdim ki, bazarkomlarla dövlət idarə etmək olmaz. Mən sonra Ayaza təklif etdim ki, Polyoniçko Qarabağda yaxşı qəbul olunmur, onun əvəzinə Heydər Əliyevi təyin et, bunu etmədi. O vaxtkı SSRI daxili işlər naziri Puqo mənə bildirmişdi ki, “Heydər Əliyevin cinayətkar əməlləri barədə Ayaz Mütəllibov ona materiallar verib”.

Elçibəyin “Kəlbəcəri verək ki, Ermənistanı işğalçı ölkə kimi tanısınlar” ifadəsi işlətdiyini eşitməmişəm. Həmin vaxt mən iki aya yaxın idi ki, istefa vermişdim. Hazırkı durumda bəzi adamlar özlərini “Milli qəhrəman”a çevirirlər. Bu., bizim ən böyük faciəmizdir. Əbülfəz bəyin dövrünə təsadüf edən Kəlbəcərin işğalı, ayrıca bir mövzudur. Ayaz Mütəllibov onun haqqında fikir söyləyə bilməz. Mütəllibov elə cəsarətdən, ləyaqətdən danışırsa, niyə ölkəni qoyub qaçdı? Özü də hərbi təyyarə ilə ölkəni tərk etdi. O vaxt canını götürüb qaçanlar, indi qəhrəmanlıqlarından danışırlar.

Mənim fikirlərimə qarşı nəsə demək istəyirsə, onda canlı efirdə debata hazıram. Qoy insanlar hər şeyə özləri qiymət versinlər”.

“Adam kişi olar, Mütəllibov!”

penah huseyn-yeni

Xalq Partiyasının sədri, Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn da “musavat.com”da Ayaz Mütəllibova öz etirazını bildirib: “Ayaz Mütəllibovun ən yeni dövr milli və demokratik hərəkatının lideri, Azərbaycan xalqının türk və dünya tarixinə bəxş etdiyi ÿən böyük şəxsiyyət, mütəfəkkir, dövlət adamlarından biri mərhum prezident Əbülfəz Elçibəyin ünvanına növbəti hədyanlarını nifrət və ikrah hissi ilə oxudum.

Elçibəyin guya Kəlbəcəri verməsi, yaxud “Kəlbəcəri verək Ermənistanda demokratlar hakimiyyətdə qalsın”, deməsi barədə söyləntilər alçaqcasına bir yalandır, böhtandır, Elçibəyə çamur atmaq istəyən namussuzların, vicdansızların böhtanıdır. Adam kişi olar, Mütəllibov! Bu gün vəfat etmiş şəxs haqqında danışırsansa ortaya fakt qoy! Bu yaşında yalan danışma!

Bu bir həqiqətdir ki, bir kəsin kiminsə haqqında nələri isə deməsi barəsində danışdığı şəxsdən daha çox həm də bu deyənin səviyyəsi, mədəniyyəti, tərbiyəsi haqqında məlumatdır. Bu dəfə də belədir. Mütəllibov kimi adamın Əbülfəz Elçibəy haqqında nə deməsi Elçibəyə bir şey etməz, olsa-olsa,ÿonun özünün necə rəzil, miskin, düşük adam olduğunu göstərir.

Mütəllibov, indi riyakarcasına, dilənçi təmənnası ilə yaltaqlıq edib Heydər Əliyevə mədhiyyə deyirsən. Sən hakimiyyətdə olanda çaqqal-çuqqallarını Heydər Əliyevin üstünə qısqırtdığın nə idi? Moskvada olanda ora getdiyi kimi rus nəqliyyat təyyarəsinin yük yerində Bakıya prezident qayıdacağı yuxularını görəndə Heydər Əliyev haqqında hansı təhqirləri yazıb, broşor-broşur tirajladığını yadından çıxardınmı?

Insanlar var ki, o, zamanından uzaqlaşdıqca daha da, böyüyür, ucalır, zirvələşir, aydınlaşır. Elçibəy belə insandır. Adamlar da var ki, öldü, bitdi, qaralıb heç olur, bürkü kimi, ÿtər qoxusu kimi. Əbülfəz Elçibəy bu gün həyatda yoxdur. Lakin mən Elçibəy yolu ilə gedirəm deyən minlər, on minlər, yüz minlər var. Illər geçəcək, onlar milyonlar olacaqlar. Onların çoxu heç Elçibəyi sağlığında görməyən gənclər, yeniyetmələrdir. Ilin bütün bayramlarında valideynlərinin məzarı iləyanaşı Elçibəyin məzarını ziyarət edənlər var. Sən kimsən, bədbəxt adam? Sənin məzarın başına kimlər gələcək, bədbəxt adam? Gələn olacaqmı?”

Nimdaş ictimai yaddaş predmeti

qanimatzahid-yeni

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də “facebook” səhifəsində Ayaz Mütəllibova qısaca cavab verib: “Ayaz Mütəllibov primitiv kosmopolit, intellekti yalnız rusca danışmaqla məhdudlaşan, siyasi bacarığı və fəhmi olmayan, şəxsi iradi keyfiyyət göstəricisi sıfrın yanında olan, qorxaq, milli dəyər təsəvvürləri yalnız mətbəx çərçivəsinə sığışan, Rusiya vassallığını Rusiyanın ən ölüvay zamanında qəbul edən, idarəçilik bacarığı Sovet ”sexovşiki” səviyyəsində ilişib qalan nimdaş bir ictimai yaddaş predmetidir”.

Təzəxan Mirələmli