
Saakaşvili Ukraynadakı islahatlardan danışıb. O, könülsüz şəkildə aparılan islahatların heç bir nəticə verməyəcəyini bildirib. Odessa qubernatoru rəsmi Kiyevin islahatlar aparmaqda maraqlı olmadığını da açıqlayıb. Saakaşvili eyni zamanda hesab edir ki, ölkədə isalhatlara əngəl olan qüvvələr var: “Ölkədə islahatlara qarşı çıxanlar var. Təmizliyə başlayanda fəryad edirlər. Ölkəni havalandırmaq lazımdır. Bunu birlikdə bacaracağıq. Ukraynada Gürcüstana nisbətən islahatlar aparmaq daha asandır. Rüşvətxorları ölkədən qova bilərik”.