Türkiyə prezidenti Ərdoğan, türk əsgərlərinin İraqdan çıxmasının müzakirə mövzusu olmadığını deyib. Ərdoğan Rusiyanın İraqın işlərinə müdaxilə etməsinə də toxunaraq bildirib:
“Türk əsgərlərinin Mosula girməsi yeni deyil, bu, 2002-ci ildən başlanmış prosesdi. Əsgərlərimiz orada pedaqoji fəaliyyətlə məşğuldur. Əsgərlərin geri çəkmək müzakirə mövzusu deyil. Bu ayın 21-də Şimali İraq, Türkiyə və Amerikalı dostlarımızla bir görüşümüz olacaq. Bu görüşdə İraqın daxilindəki prosesləri dəyərləndirəcəyik. Rusiya BMT Təhlükəsizlik Şurasına nə adla müraciət edib, bu başqa bir problemdir. Rusiya bu prosesdə tərəf deyil. Tələb edilmədiyimiz yerdə yoxuq. Kimsə hər tələb edən ölkəyə müsbət cavab verməyə də məcbur deyil. Suriya ilə 911 km, İraqla 394 km sərhədimiz var. Rusiyanın bu ölkələrlə sərhəddi varmı? Yox”.
Aydın Taş