2016-cı ildə Rusiya Suriyadakı hərbi əməliyyatlara 1,2 milyard dollar vəsait xərcləyəcək. Bu da bir gündə 3,3 milyon dollar deməkdir. Bu barədə Bloomberg məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya mətbuatı Moskvanın Suriyadakı hərbi əməliyyatlarının bir gününün ölkəyə 2,5 milyon dollara başa gəldiyini yazırdı. Bu da ilə 900 milyon dollar təşkil edir.
Məlumata görə, Rusiyanın noyabr ayına qədər Suriyada gündəlik xərcləri 4 milyon dollar təşkil edirdi. Lakin Türkiyə tərəfindən Rusiya təyyarəsi vurulandan sonra bu xərclər iki dəfə artırılaraq 8 milyon dollara çatdırıldı.
Fizzə



