Bərzani Türkiyə səfərini dəyərləndirdi

berzaniİraq kürd bölgəsinin lideri (IKBY) Məsud Bərzani, Ankara səfərinin ikinci günündə, prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və digər hökumət rəsmiləri ilə reallaşdırdığı danışıqları qiymətləndirib. Bərzani Türkiyə rəsmiləri ilə keçirdiyi görüşləri müsbət  dəyərləndirdiyini və bütün mövzuları müzakirə etdiklərini bildirib. Bərzani iki ölkə arasında gərginliyə səbəb olan türk səgəri probleminə də toxunub:

“Daha əvvəl də bildirdiyim kimi, bu məsələ lazım olduğundan daha çox şişirdilib. Türklər İraqda könüllü ərəb əsgərlərinə hərbi təlim keçir. Bu bölgə Mosuldan təxminən 20 kilometr aralıda yerləşir. Biz heç bir halda ölkənin suverenliyinin pozulmasına razı olmarıq. Ancaq terror təşkilatı İŞİD-lə döyüşürük və dostlarımızın köməyinə ehtiyacımız var. Bu problem ən yaxın zamanda həll ediləcək”,-deyə Bərzani bildirib.

 

Aydın Taş