Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol, 40 dollar/barel səviyyəsinə geriləyən neftin qiymətinin 2016-ci ildə yüksəliş meylinə keçəcəyini proqnozlaşdırmaq üçün çox səbəb olmadığını deyib.
Birol, CNBC-yə etdiyi açıqlamada, “2016-ci il də qiymətlərin düşməyə davam etdiyi bir il ola bilər” deyib.
Qiymətləri aşağı itələyən çox səbəb olduğunu, ancaq investisiyalardakı azalmanın geriləməni dayandıra biləcəyini deyən Birol, “İnvestisiyalar bu il 20%-dən çox düşüb. Bu, bu günə qədər görülən ən böyük azalmadır. İnvestisiyaların gələn il də azalmasının davam etməsi mümkündür. İnvestisiyaların daha da azalması və tələbdə yarana biləcək güclü artım halında neftin qiymətində sürpriz artım ola bilər” deyib.