Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və “Neft daşları” yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir.
Bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda FHN helikopterləri və SOCAR tərəfindən AZAL-dan götürülən helikopterlər işi davam etdirir. O qeyd edib ki, saat 16:00-a olan məlumata görə, axtarışlarda nəticə əldə olunmayıb. Helikopterlərlə yanaşı, Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri də işləri davam etdirirlər. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur. Həmin gəmilərdən biri yanacaq doldurmaq səbəbindən oradan ayırlacaq, onun yerinə FHN-nin “Vixr” gəmisi işə cəlb olunacaq”.
Baş mühəndis sabah xarici mütəxəssislərə görüş keçiriləcəyini, müzakirələrdən sonra tədbirlər planı hazırlanacağını qeyd edib.
(report)