Rusiyanın ikinci böyük neft şirkəti Lukoil-in prezidenti Vahid Ələkbərov, neft qiymətlərinə dair proqnozunu açıqlayıb.
Ələkbərov, neft qiymətlərinin 2016-ci ildə 42-47 dollar/barel səviyyəsində qalmaqda davam edəcəyini deyib.
Ələkbərov etdiyi açıqlamada, “Vyanada keçirilən OPEC toplantısında İranın, İraqın neft nazirləri və analitiklər ilə görüşdüm. Hamısı gələn il qiymətlərin indiki səviyyədə qalmaqda davam edəcəyinə inanırlar. Qiymətlərin 42-47 dollar/barel səviyyələrində olacağı gözlənilir. 2016-cı ilin sonuna doğru və ya 2017-ci ilin əvvəllərində isə qiymətlərdə artım gözlənilir” deyə bildirib.
Ələkbərova görə neft təklifi və tələbi 2017-ci ildə tarazlaşacaq və neftin qiyməti, sürətli olmasa da artmağa başlayacaq.
(marja)