İtkin düşən neftçilərin axtarışları dayandırıla bilər

Platformanın söndürülməsinə xarici mütəxəssislər də cəlb olunub

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.

Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

Baş mühəndis qeyd edib ki, belə bir qərarın qəbul olunmasına hava şəraitinin sabahdan etibarən kəskin pisləşməsi səbəb ola bilər.

Onun sözlərinə görə, müvafiq qərar Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək.

B.Ağarəhimov onu da bildirib ki,  özüldə yanğının söndürülməsinə bir neçə xarici mütəxəssis cəlb olunub. Yanğının söndürülməsi ilə 8 gəmi məşğuldur.