Xədicə İsmayıl adına mükafat təsis edildi

xedice-ismayil2Həbsdəki jurnalist Xədicə İsmayılın adına mükafat təsis edilib. Mükafatı “Azadlıq” radiosu bütün ölkələrdəki redaksiyaları arasında beynəlxalq araşdırmaçı jurnalistlər üçün elan edib.

Bu barədə radionun saytında yerləşdirilən məlumatda göstərilir ki, “Jurnalist araşdırmaları üzrə Xədicə İsmayılova təqaüd proqramı” ela olunur. Proqram Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi ilə birlikdə elan edilib. 7 aylıq proqramda jurnalist araşdırması layihələri dəstəklənəcək.

Proqramın bütün şərtləri, müraciət sənədləri barədə ƏTRAFLI BURADA (İngilis dilində) oxuya bilərsiz. Azərbaycan dilində məlumat burada.