Türkiyənin baş nazir Əhməd Davudoğlu Rusiya ilə görüşməyə, hər cür fikir mübadiləsi aparmağa hazır olduqlarını bildirib. Lakin Davudoğlu heç kimin onlarla diktə dili ilə danışmasına yol verməyəcəklərini bildirib.
Baş nazir, TBMM-nin qrup toplantısında çıxış edərkən bildirib: “Bura Türkiyə-Suriya sərhəddidir. Sərhədin ətrafındakılar da bizim qardaşlarımızdır. Onların hüququnu, sərhədərimizin toxunulmazlığını qorumaq bizim vəzifəmizdir. Atdığımız hər addım, ölkəmizi qorumaq, Suriyadakı vətəndaşlara kömək üçündür. Rusiya ilə görüşməyə, hər cür fikir mübadiləsi aparmağa hazırıq. Ancaq kimsənin bizimlə diktə ilə danışmasına icazə verməyəcəyik. Rusiyanın anlaması lazım olan budur”,-deyə Davudoğlu bildirib.
Aydın Taş