“Mossad”-ın yeni rəhbəri bəlli oldu

mossad-rehberİsrailin baş naziri Benyamin Netanyahu «Mossad» xarici kəşfiyyat orqanına yeni rəhbər təyin edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə “The Jerusalem Post” yazıb.

«Mossad» rəhbərliyinə milli təhlükəsizlik üzrə müşavir Yosi Koen gətirilib. Strukturun sayca 12-ci başçısı olan Y.Koen bu postda Tamir Pardonu əvəzləyib.

Qeyd olunur ki, Y.Koen Milli Təhlüləsizlik Şurasından əvvəl 30 ilə yaxın “Mossad”da çalışıb.