Elman Rüstəmov vergiləri azaltmağı təklif etdi

AMB sədri: «Xarici investisiyaların Azərbaycana cəlb edilməsi üçün vergi yükü azaldılmalıdır»

Azərbaycanın ortamüddətli dövrdə büdcə sistemində əhəmiyyətli dəyişikliyin edilməsinə ehtiyac var. APA-nın məlumatına görə, bunu Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, yeni strategiyanın həyata keçirilməsi bunu zəruri edir. E.Rüstəmov islahatlar çərçivəsində vergi yükünün aşağı salınmasına dair məsələ də qaldırıb: Ý”Azərbaycana xarici investisiyaların axması üçün vergi yükü kapital gələn ölkələrdən daha aşağı olmalıdır. Azərbaycan bu məsələdə dünyada 95-ci yerdədir və Qazaxıstan və Gürcüstandan geri qalır. Düşünürəm ki, vergi yükünü aşağı salmaq, vergi yükünü eyni zamanda istehsaldan istehlaka yönəltmək lazımdır. Qonşu Türkiyədə zinət əşyalarına, avtomobillərə daha çox vergi yükü təyin olunub. Sosial vergi də yüksəkdir. Hesab edirik ki, sosial vergi də rəqabət qabiliyyətli olmalıdır”.