Adminstrasiyadan təlimat gözləyən “müstəqil” mətbuat

prez_aparat«Günəşli» yatağında baş vermiş faciə hakimiyyəti bir daha ifşa etdi

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın hər kəsi sarsıltdı. Onlarla neftçi yanğın nəticəsində həlak oldu, ölənlərin dəqiq sayı hələ də bilinmir. Ölkə mətbuatının əsas mövzusu, cəmiyyətin əsas müzakirəsi bu məsələ ilə bağlıdır.

Faciə burasındadır ki, ölkədə bu miqyasda faciə baş verir, sosial şəbəkələr dağılır, amma telekanallar öz aləmində, rəsmi mətbuat öz ampluasındadır. Təsəvvür edin ki, dünya mətbuatı Azərbaycanda baş verən yanğın faciəsi haqqında xəbər verir, ölənlərin sayını açıqlayır, amma rəsmi qurumlar susur, ələbaxan mətbuat sifariş gözləyir. Hansıki, bununla bağlı dərhal komissiya yaradılmalı, jurnalistlər, cəmiyyət məlumatlandırılmalıydı.

Amma məlum olur ki, hətta bu ağır faciədən də hökumət öz maraqlarını güdür. Belə ki, “Günəşli” yatağındakı axtarış-xilasetmə işlərinin iştirakçılarından biri Denis Borodin alovlar içindəki platformada həyata keçirilən əməliyyatın gedişi barədə məlumat verib. O deyib ki, biz insanların həyatını xilas etmək üçün çalışırdıq, yuxarıdan gələn zənglər isə “nəyi danışmaq olar, nəyi yox” məzmunlu əmrlər verirdi.

Göründüyü kim bu miqyasda hadisə baş verib, hökumət isə reallığı gizlətmək, faciənin miqyasını azaltmaq barədə düşünürmüş.

Bundan öncə də belə hallar baş vermişdi. Məsələn, ordu ilə bağlı xəbərlər yayılanda hökumət mətbuatı hansısa rayonların azad edildiyini, hərbi texnikanın sərhəddə yerləşdirildiyini yazırdılar. Amma Azərbaycan tərəfinin itkiləri barədə məlumat verilmirdi. MTN-də baş verənlərlə bağlı mətbuatda geniş yazılar getdi və informasiyanın dərinə getməsi hökuməti narahat etdiyi üçün jurnalistlər prokurorluğa çağırıldı.

Nardaranda baş verənlərlə bağlı yenə də ələbaxan mətbuat sırf rəsmi təbliğata istinad etdi və digər məqamlara toxunulmadı.

Indi isə dənizdə faciə baş verib və 30-a yaxın insan həlak olub. Yenə də əksər saytlar, hökumət mətbuatı Prezident Adminstrasiyasından təlimat gözləyirlər.

Bütün bunlardan sonra müstəqil mətbuatdan, söz azadlığından necə danışmaq olar? Əgər ölkədə baş verən hadisələr mətbuat münasibət bildirməyə, müəyyən mənbələrin informasiyasını tirajlamağa qorxursa, hansı şəffaflıqdan söhbət gedə bilər?

Bir daha ayıdn olur ki, bu mətbuat orqanları hakimiyyətin iradəsinə tabedilər. Özlərinni müstəqil araşdırma aparıb, operativ məlumat yaymaq ixtiyarları yoxdur. Hətta aidiyyatı qurumlar da açıqlama yaymaq üçün PA-dan gələcək təlimatı gözələyir. Ona görə də adətən rəsmi qurumların mətbuat xidmətlərinin ilkin açıqlaması mücərrəd, qeyri-adekvat olur.

Çünki, müstəqil olmayan mətbuat nümunələri də başa düşür ki, hökumət üçün ölənlərin sayı önəmli deyil. Əsas olan hökumətin bu yanğında təqsirli olmadığını tirajlamaq, məsuliyyəti başqalarının üstünə yıxmaq istiqamətində təbliğat qurmaqdır.

Ümumiyyətlə, qeyri-demokratik ölkələrdə azad mətbuatın boğulmasının əsas səbəbi budur ki, cəmiyyətə yanlış məlumatlar ötürülə bilsin.

Bir sözlə, “Günəşli” yatağında baş verənlər ölkəmiz adına daha bir utanc oldu. Təkcə ona görə yox ki, səriştəsiz idarəetmə mövcuddur. Ona görə ki, başqa ölkələr Azərbaycana bşasağlığı verdiyi halda, Azərbaycan mətbuatı susur və ölənlər haqqında informasiya xarici mətbuatdan götürülür.

Samir