Amerikalılar İraq və Suriyaya qoşun göndərilməsinə razıdı

abs-vetendasABŞ-da keçirilən sorğunun nəticələrin görə, amerikalıların yarıdan çoxunun, İŞİD-lə mübarizə çərçivəsində quru qoşunlarının Suriya və ya İraqa göndərilməsinə müsbət yanaşdığı məlum olub.

Anketə görə, amerikalılar, Obama rəhbərliyinin terrorizmlə mübarizə strategiyasından get-gedə narahat olurlar. Bu, anketin nəticələrdində də öz əksini tapıb. Belə ki, rəyi soruşulanlarn 60 faizi prezident Obamanın terrorizmlə mübarizə strategiyasından məmnun olmadığını bildirib.

Sorğuya qatılanların 68 faizi ölkəsinin terror qruplarına qarşı kifayət qədər sərt davranılmadığını bildirib.

Suriyalı qaçqınlara ABŞ-da sığınacaq verilməsinə isə rəyi soruşulanların 61 faizi mənfi baxdığını açıqlayıb.

 

Aydın Taş