Meyiti tapılan neftçilərin adları açıqlandı; axtarışlar davam edir VİDEO Yenilənib

“Günəşli” yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşənlərin helikopter və dalğıclarla axtarışı hava qaranlıq olduğundan dayandırılıb. Bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov SOCAR rəhbərliyinin keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dənizdə axtarışlar 7 gəmi vasitəsilə aparılır. Baş mühəndis əlavə edib ki, səhər açılan kimi helikopterlər də axtarışlara qoşulacaq

Balamirzə Ağarəhimov onu da bildirib ki, bu gün tapılan itkin düşmüş 6 neftçi sabah dəfn ediləcək.

***

Günəşli yatağında baş verən faciədə itkin düşənlərdən bu gün 6 nəfərin meyiti tapılıb. Hadisə zamanı 30 neftçi dənizə düşmüşdü. Ötən gün də onlardan birinin meyiti tapılmışdı. Hazırda 23 nəfərin axtarışı davam edir.

Bu gün tapılan meyitlərin hamısının kimliyi müəyyən edilib:

Babayev Mikayıl İsmayıl oğlu – 52 yaş

Mayılov Samir Cahangir oğlu – 31 yaş

Quliyev Fəxrəddin Xancan oğlu – 58 yaş

İsgəndərov Habil Tağı oğlu – 55

Tağıyev Fuad Tahir oğlu – 34 yaş

Mahmudov Ağa İzzət oğlunun – 47 yaş

***

“Günəşli” yatağındakı qəza nəticəsində həlak olanlardan birinin cansız bədəni su üzərinə çıxıb. Hhadisə yerindən çəkildiyi iddia edilən həmin görüntünü təqdim edirik.

***

Bu dəqiqələrdə  daxil olan məlumatda deyilir ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülünün dekabrın 4-də baş vermiş yanğın nəticəsində itkin düşmüş işçilərindən 3-nün cəsədi tapılıb.

Məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı verib. Onun bildirdiyinə görə, cəsədlər dənizdən çıxarılıb və hazırda şəxsiyyətlərinin dəqiqləşdirilməsi aparılır. Cəsədlərin kimə aid olduğunu yəqin ki, SOCAR rəsmiləri az sonra keçiriləcək mətbuat konfransında açıqlayacaqlar.

Cəsədlərin Xəzərin hansı hissəsindən tapıldığı hələlik məlum deyil.

İtkin düşmüş digər neftçilərin axtarışları davam edir.