Türkiyənin Almaniyanın Ştutqart şəhərindəki baş konsulluğunun binasına boya ilə dolu torbalar atılıb.
Bu haqda Ştutqart polisi açıqlama yayıb.
Məlumata görə, konsulluq binasının ön divarına boya ilə dolu 10 torba atılıb. Hadisənin törədilməsində siyasi motivin olub-olmaması araşdırılır.
Açıqlamada bildirilib ki, hadisədən öncə konsulluğa qarşı hədələyici çıxışlar olmayıb.
Hadisəni törədənin kimliyi bilinmir. (report.az)