Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib. “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ”ni qəbul edir.
Lənkəran klubunun stadionunda keçirilən qarşılaşma 1 dəqiqəlik sükutla başlayıb. Bundan əlavə, hər iki komanda “Günəşli” neft yatağında həlak olan neftçilərin ruhuna ehtiram əlaməti olaraq başlarında neftçi dəbilqəsi ilə meydana çıxıblar. Hər iki komanda qollarında qara sarğı ilə oynayıb (qafqazinfo).
Apasport.az saytının məlumatına görə, “Neftçi”nin futbolçuları da oyuna dəbilqə ilə çıxaraq faciədə zərər çəkmişlərə öz dəstəyini göstərib.




