Rusiyada deputatı öldürdülər

deputat-rusiyaRusiya Federasiyası Kabarda-Balkar Respublikası parlamentinin deputatı Xadis Bottayev bu gün səhər qətlə yetirilib.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarından olan mənbə onun evində güllələndiyini bildirib. Hadisənin təfərrüatları hələlik məlum deyil.

Xatırladaq ki, deputat Respublika klinik xəstəxanasının baş həkimidir.