Çində zavodda yanğın: 2 ölü, 1 yaralı

partlayishÇinin Lançjou şəhərində neft-kimya zavodunda yanğın baş verib.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, yanğın boru kəmərinin təmiri zamanı əmələ gəlib.

Hadisə ilə əlaqədar xüsusi komissiya yaradılıb. Zavodun rəhbəri saxlanılıb. (APA)