Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri Bakıya niyə gəlmişdi?

hakan-fidan-turk-keshfiyyat

İlham İsmayıl: «Xüsusi xidmət orqanları Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın oynaya biləcəyi rolu müzakirə edə bilər»

Sülhəddin Əkbər: «Yəqin ki, ilk növbədə Rusiya ilə böhran kontekstində olan məsələlər diqqətdən keçirilib»

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri zamanı qarşılıqlı bəyanatlar verildi və hansı sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsilə bağlı qərar elan edildi. Müzakirələr əsasən regionda mövcud olan vəziyyəti, Türkiyə-Rusiya gərginliyini, enerji və nəqliyyat sahəsindəki əməkdaşlığı əhatə edirdi. Müzakirə edildiyi bildirilən sahələrin də nazirləri nümayəndə heyətinin tərkibinə daxil idi. Amma nümayəndə heyətinin tərkibində AKP Hökumətinin bir nazirinin də olması diqqət çəkdi. Söhbət baş naziri müşayiət edən Türkiyə Milli Kəşfiyyat Idarəsi rəhbəri Hakan Fidandan gedir.

H.Fidanın nümayəndə heyətinə daxil olması və Bakıda hansı məsələləri müzakirə etməsi maraq doğurur. Münasibətini öyrəndiyimiz şəxslərdən Türkiyə Milli Kəşfiyyat Idarəsi rəhbərinin Bakıda hansı məqamlara toxuna biləcəyini öyrənməyə çalışdıq. Bu səfər xüsusilə Türkiyə-Rusiya gərginliyinin daha da dərinləşdiyi məqamda maraq doğurur.

ilham-ismayil

Bir qayda olaraq xüsusi xidmət orqanları rəhbərlərinin səfərləri zamanı onların həmkarları ilə müzakirə etdiyi məsələlər barədə ictimaiyyətə məlumat verilmədiyini deyən təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl hesab edir ki, hazırkı dönəmdə güman ki, əsas müzakirə mövzusu Ankara ilə Moskva arasında gərginlik olub: “Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın oynaya biləcəyi rol müzakirə oluna bilər. Xüsusi xidmət orqanlarının gəlişi və gedişi açıqlanmır. Yalnız o bəyan oluna bilər ki, hansısa məslələrlə bağlı fikir mübadiləsi aparıla bilər. Hazırkı dönəmdə xüsusi xədmət orqanlarının əməkdaşlığına ehtiyac var. Ən önəmli olan informasiya mübadiləsi və birgə əməliyyatdır”. I.Ismayıl hesab edir ki, hazırkı dönəmdə gündəmdə olan məsələ məhz Rusiya-Türkiyə gərginliyi olduğundan digər məqamlara – “Nurçu”, Türkiyədə SOCAR-la bağlı baş verənlərə bu səfər zamanı toxunulduğu inandırıcı deyil.

sulheddin-ekber

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin də fikrincə, xüsusi xidmət orqanlarının əməkdaşlığı gizli aparılan işdir və zərurət olmadıqda bu barədə açıqlama verilmir. S.Əkbərin sözlərinə görə, Türkiyə Kəşfiyyat Idarəsi rəhbəriÿBakıda hər hansı fikir mübadiləsi aparıbsa, ehtiyac olmadıqca bu müzakirə ictimaiyyətdən gizli saxlanılacaq: “Kəşfiyyat Idarəsi rəhbərinin Bakıdakı müzakirələri barədə məlumat verilməməsi normal haldır. Indiki zamanda kəşfiyyat məlumatları Azərbaycan üçün çox önəmlidir. Bu həm Rusiyanın regionda apardığı fəaliyyət, həm də MTN işi ilə bağlı önəmlidir. Yəqin ki, ilk növbədə Rusiya ilə böhran kontekstində olan məsələlər diqqətdən keçirilib”.

Xəyal