ABŞ-da 14 nəfəri öldürən şəxs İŞİD-ə bağlı imiş

abs-atismaİki gün öncə ABŞ-ın Kaliforniya ştatında 14 nəfərin həyatına son qoyan qadın təcavüzkarın İŞİD-lə əlaqəli olduğu müəyyənləşib.

San Bernadino hücumunda Tasfeen Malik adlı təcavüzkarın virtual məknda İŞİD lideri Əbubəkr əl Bağdadiyə sədaqət andı içdiyi məlum olub.

Malikin əri olduğu təxmin edilən Syed Rizvan isə polis tərəfindən hadisə yerində öldürülmüşdü.

Barak Obama ər-arvadın İŞİD-lə əlaqəli ola biləcəyini açıqlamışdı.

 

Aydın Taş