Aralıq dənizində qüvvələr nisbəti necədi?

doyush-gemisiRusiyanın Suriyaya müdaxiləsindən sonra bu ölkə ilə sərhəd olan Aralıq dənizində qüvvələr nisbətini dəşimək uğrunda ölkələr arasında ciddi rəqabət var. Bəs hazırda Aralıq dənizində ölkələr üzrə qüvvələr nisbəti hansı ölkənin xeyrinədir?

Bu anda Türkiyə Aralıq dənizində 20-i muhrip, (məhv edici, donanma terminologiyasında sürətli, yüksək manevr qabiliyyəti olan, zirehli, dayanıqlı, daha kiçik vasitələrdən gələn hücumlara qarşı qoruma və eskortluk edən döyüş gəmisi) 14-ü köməkçi olmaqla, cəmi 34 gəmi ilə təmsil olunur.

Bu gəmilərdən üç korvetin, bir dənizaltı, bir hücum bot və bir firkateynin davamlı olaraq Aralıq dənizində kəşfiyyat və müşahidə vəzifəsi yerinə yetirir. Türkiyənin Aralıq dənizində 34 gəmidən əlavə, dəniz qüvvələrinə aid digər gəmilərlə də təmsil olunduğu bildirilir.

 

Suriyanın Lazkiye bölgəsində hava limanına və Tartusta da dəniz bazasına sahib olan Rusiyanın isə Aralıq dənizində 13 gəmisi var. Bu gəmilərdən 4-ünün muhrip 9-unun isə köməkçi gəmi olduğu bildirilir.

ABŞ-ın isə Aralıq dənizində 3 muhrip gəmisinin olduğu bildirilir.

Bir təyyarə gəmisi, 2 muhrip gəmi, 1 fırkateyn və 1 kəşfiyyat gəmisi olmaqla, Fransa Aralıq dənizidə cəmi 5 gəmi ilə təmsil olunur.

İtalyanın isə Aralıq dənizində 1 fırkateyn və 1 dənizaltı gəmisi var.

İngiltərə, Belçika, İspaniya, Kanada, Portuqaliya, Yunanıstan və Hollandiyanın isə Aralıq dənizində bir gəmilərinin olduğu bildirilir.

 

Aydın Taş