Alman parlamenti ordunun İŞİD əleyhinə əməliyyatlarda iştirakına icazə verib. Parlamentin təsdiqindən sonra Almaniya, bölgəyə 1200 əsgər, kəşf təyyarələri və döyüş gəmiləri göndərəcək. Parlamentarilərin 445 nəfəri layihənin leyhinə, 146 nəfər isə əleyhinə səs verib.
Xatırladaq ki, dekabrın 3-də İngiltərə parlamenti də hökumətə İŞİD-lə mübarizədə beynəlxalq koalisiyaya dəstək vermək üçün hərbçilərin Suriyaya göndərilməsinə razılıq verib.
Aydın Taş