Rusiyadan milyardlarla funt-sterlinq “şübhəli” kapital Londona axır.
“Çirkli pulların” Londondakı lüks mənzil sektorunda “yuyulduğu”, İngiltərəyə girən “qeydiyyatsız sərmayənin” təxminən yarısının təkcə Rusiyadan gəldiyi bildirilir.
İngilis hökumətinin Milli Cinayətlərlə Mübarizə Qurumunun (NCA) “Milli Risk Qiymətləndirməsi” hesabatındakı məlumatlara görə, İngiltərədə hər il milyardlarla funt-sterlinq yuyulur.
Qlobal iqtisadiyyatın ən mühüm maliyyə mərkəzlərindən biri olan Londona girən “çirkli pul”un izi ilə getdikdə Rus kapitalı çıxır.
Deutsche Bank-ın London mərkəzindən Oliver Harvey bildirib ki, “Rusiyadan gizlicə çıxan sərmayə ilə Londona daxil olan kölgə kapitalı arasında güclü bir əlaqə var. İngiltərəyə girən mənbəyi qeyri-müəyyən sərmayənin böyük bir qisminin Rusiyadan gəldiyini deyə bilərəm. Bu təxminən 50 faiz səviyyəsindədir”. (marja.az)