Ukrayna hərbi kəşfiyyatı Suriyada türkmənlərə qarşı döyüşən rus əsgərlərlə bağlı maraqlı açıqlama yayaıb. Ukrayna kəşfiyyatı Suriyada Əsədə dəstək verən Rusiyanın böyük itkilər verdiyini, öldürülən əsgərlərin meyitlərinin isə gizlicə Rusiya tərəfindən işğal edilən Krıma gətirilərək, orada dəfn olunduğunu bildirib.
Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsi rus əsgərlərin ölüm xəbərlərinin şüurlu şəkildə Rusiya ictimaiyyətdən gizlədildiyi bildirilir: “İşğal edilən Krım bölgəsinə aid Avuz Kenegez (Novofedorovka) və Kefe (Feodosya) bölgəsinə noyabr ayı ərzində Suriyada hərbi qarşıdurmalarda öldürülən təyyarəçi və istehkam personalından 4, dəniz piyadalarından isə 10 əsgərin meyiti gətirilərək gizlicə dəfn olunub”.
Aydın Taş