Məktəbli qız dərman içib özünü öldürdü

intihar-dermanSabirabad rayonunda intihar hadisəsi baş verib.

Rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Hısxa kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, R.Əılicanova 9-cu sinif şagirdi imiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

(apa)