Türkiyə və Rusiya xarici işlər nazirləri arasında baş tutun görüş nəticəsiz başa çatıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov, Türk həmkarı Mövlut Çavuşoğlu ilə görüşdən sonra qısa açıqlama verib. Rus nazir Çavuşoğlundan Türkiyə tərəfindən vurulan təyyarə və yaşanan gərginliklə bağlı yeni bir şey eşitmədiyini bildirib. Lavrov Çavuşoğlunun öldürülən pilotla bağlı başsağlığı verdiyini də bildirib.
Lavrov görüşdən öncə qarşı tərəfdən yeni təkliflər gözlədiyini, bunun əksinin üzücü olacağını vurğulamışdı.
Aydın Taş