Amerika ekspertləri tərəflərin tədricən müharibəyə tərəf getdiklərini bildirirlər
Azərbaycan Qarabağı boşalda bilən «Smerç» sistemi alıb, Ermənistan «SKAD»la neft infrastrukturunu vura bilər
Ermənistan və Azərbaycanın son illərdə hərbi arsenalını gücləndirməsi Vaşinqtonun Dağlıq Qarabağda müharibə mümkünlüyü narahatlığını gücləndirib.
Bakı və Irəvan öz hərbi texnikaları haqqında informasiyaları son vaxtlara qədər passiv siyasət mövqeyi tutan Qərb tərəfdaşlarından məxfi saxlayırlar.
“2010-cu ildə Rusiya Gümrüdəki hərbi bazasının icarə müddətini 40 ilə qədər uzadıb. Bundan dərhal sonra Azərbaycan Türkiyə ilə hərbi saziş imzalayıb”, – deyə tanınmasını istəməyən amerikalı ekspert “Turan”ın müxbirinə bildirib.
Eyni zamanda mənbə IMINIT&Analyses hərbi nəşrinin hər iki tərəfin tədricən müharibəyə tərəf getməsi haqda mövqeyini də şərh edib. Vaşinqtonda yerləşən bu hərbi nəşr peyk vasitəsilə erməni tərəfin HHM Sistemi ilə bağlı çəkilmiş fotolarını təhlil edir, erməni “SKAD” raketlərini Bakının neft infrastrukturuna təhlükə kimi dəyərləndirir.
“Məlum mənbələr iri həcmli hərbi ləvazimatlar alındığını təsdiqləyir ki, bu da hər iki tərəfin hərbi paradlarında təsdiqini tapıb” – deyə nəşr qeyd edir.
Tərəflərin zirehli texnikasını təhlil edən hərbi nəşr Azərbaycanın 300-400, erməni tərəfin 160 tanka malik oluğunu, daha 300 zirehli texnikanın Dağlıq Qarabağda yerləşdiyini bildirir. Bu, silah növündə balans olduğunu nəzərə çatdırır. Öz növbəsində Ermənistanın bir o qədər də çox olmayan T-80 tipli tankları olduğu, Azərbaycanın isə Ukraynadan T-84 tankları almaq üçün danışıqlar apardığı qeyd edilir. Zirehli transportyorlar, yüngül tanklar və döyüş maşınları Azərbaycanda daha çoxdur.
Azərbaycanın hərbi üstünlüyü təkcə ordunun sayı ilə yox, həm də müasir artilleriya sistemi ilə də üzə çıxır.
Belə ki, Rusiyadan Dağlıq Qarabağı boşaltmağa qadir olan “Smerç” sistemi alınıb. Azərbaycan 180 ədəd D-30 və 34 ədəd D-20, Ermənistan isə 90 ədəd D-20 və 34 ədəd D-30 tipli toplar alıb ki, sonuncular əhəmiyyətli dərəcədə köhnədir.
Həmçinin Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağdakı köhnəlmiş HHM sistemini məhv etməyə qadirdir.
Baxmayaraq ki, Azərbaycanın HHQ-də müasir “hava-yer” silahlı sistemi və ya yüksək dəqiqli döyüş ehtiyatları çatışmır, amma pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsilə bu problem aradan qalxıb. Miq-29 qırıcı təyyarələri 30 ədəddir, 8 ədəd SU-24 bombardmançı və 30 ədəd SU-25 qırıcı təyyarsi üstünlük əldə etmək üçün kifayətdir.
Həm də PUA-lar havadan quru qoşunlarına kəşfiyyat məlumatları verə bilir ki, bu da əsas üstünlük sayıla bilər.
Ermənistan Qarabağ üzərində Azərbaycana məxsus Hermes-450 PUA-nı vurmaqla müqavimət göstərib. Bu aparatlar ən yaxşı halda 5 km hündürlüyə qalxa bilir, az sürətli olması isə onu asan hədəfə döndərir.
Ermənistan HHQ 15 ədəd SU-25 təyyarəsindən ibarətdir, amma Azərbaycanın etibarlı HHM sistemi onlara ərazilərin dərinliyinə girməyə imkan verməyəcək.
“Ermənistanın son hərbi paradı hərbi ehtiyatlar baxımından qiymətli informasiya mənbəyinə döndü.
O, həm də Ermənistanda son zamanlar özünə artan inamı nümayiş etdirdi. Dağlıq Qarabağda istifadə edilə biləcək S-300 PS zenit-raket sistemilə yanaşı dünyaya “Toçka-U” raketləri də nümayiş etdirildi”, – deyə mənbə qeyd edir.
Ermənistanın imkanlarını təhlil edən nəşr yazır:”Iri dövlətlərə resurs nəql edə bilməyən, boru kəmərləri və boru kəmərləri marşrutları olmayan, geosiyasi üstünlükdən məhrum Ermənistan geosiyasi güc və ya silah baxımından heç nəyə yaramır”, – deyə nəşr qeyd edir.
Ermənistan HHM isə istənilən HHQ zərbələrinə məhdud cavab verməyə etibarlı ola bilər.
Nəşr qeyd edir ki, Dağlıq Qarabağ üçün bu gün ciddi müdafiə onun yerüstü istehkamları, bir də 90-cı illərdən qalan qalibiyyət hissi ola bilər.
Eyni zamanda, Azərbaycan əhəmiyyətli dərəcədə üstünlüyə malikdir və yaxşı təkşil edilmiş, əlaqələndirilmiş hücumla uğurlu nəticələr əldə edə bilər. Azərbaycanın 90-cı illərdəki itkiləri milli hissinin bir hissəsidir və əvəzçıxmaya can atır.
“Analitiklər hesab edirlər ki, Ermənistan ərazinin bir hissəsini qaytarmaqla münaqişənin bərpasına imkan verməyə bilər və Azərbaycanı təmin edər”-deyə nəşr yazır.
Amma bu məsələdə həlledici rol oynayan geosiyasi məsələlər də var. Məsələn, Azərbaycana S-300, Ermənistana “Skad” satan Rusiya kimi. Bu silahsatma Rusiyanın neft yataqlarını qorumaq istəməsi, Azərbaycana müharibəyə başlamağa icazə verməsi deməkdirmi? Çox suallar var ki, cavabları mövcud vəziyyətin başa düşülməsini və münaqişənin bərpası imkanlarını dəyərləndirməyə imkan verərdi”, – deyə amerikalı ekspert yekunda bildirib.


