400 əsgər müxaliflərin tərəfinə keçdi
Yəmən ordusunun 400-dən çox hərbçisi Əli Əkbər Salehə müxalif olan qüvvələrin tərəfinə keçib. Onlar silahsız nümayişçilərə atəş açmayacaqlarını, öz həyatları bahasına nümayişçiləri müdafiə edəcəklərini bəyan ediblər. 400 əsgər antiSaleh etiraz aksiyasına qatılan on minlərlə nümayişçinin önünü kəsərək saatlarla dayandıqdan sonra bu qərarı veriblər.
Paytaxt Sənanın “Dəyişiklilklər meydanı”nda aksiyaları təşkil müxalif fəallar son 1 ay ərzində hökumət qüvvələri tərəfindən onlarla silahsız gəncin öldürüldüyünü bildiriblər.
Ordudan uzaqlaşaraq nümayişçilərin tərəfinə keçən əsgərlər general Möhsün Əhmərin hərbi bazasında yerləşiblər. General özü mart ayında hökumət qüvvələrindən ayrılaraq, etirazçıların tərəfinə keçmişdi.
Ordudan uzaqlaşan əsgərlərin əksəriyyəti Salehin böyük oğlunun komandanlıq etdiyi “Respublika Mühafizəçiləri” qüvvələrinin üzvləridir. 80 min hərbçisi olan “Respublika Mühafizəçiləri” ölkədə ən güclü hərbi qüvvə hesab edilir.
Əli Abdulla Salehi isə müxalifət qüvvələrini yol kəsən quldurlar” adlandırıb və onların tərəfinə keçən hərbçilərin keçmişin bir parçası olduqlarını bildirib.


