Türkiyə prezidenti Ərdoğan Rusiyanın qaz təhdidlərinə münasibət bildirib. Ərdoğan təhdidlərdən narahat olmadıqlarını, alternativlərin mövcud olduğunu bildirib: “Bu millət əziyyətə alışmış millətdir. Qaldı ki, Rusiya təbii qazı olmasa, yandıq-bittik deyə də bir vəziyyətdə deyilik. Rusiyadan əlavə bir çox ölkədən təbii qaz aldığımızı bildirmişəm.
Ərdoğan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmadıqlarını da Kremlin diqqətinə çatdırıb:
“Rusiyaya hər kəsin sanksiya tətbiq etdiyi vaxtda, Türkiyə sanksiyalara qatılmadı. Strateji ortağımızdır, qida məhsulları daxil olmaqla, digər məhsulları verməyə davam edəcəyimizi bildirdik. Hazırda isə onların etdiyinə baxın. Bu qida məhsullarımızı qəbul etmyəcəklərini deyir, işadamlarımızı isə cəzalandırırlar. Bunlar dövlət ciddiyəti ilə uyğun gəlmir. Türkiyə bu barədə kimliyini qoruyur. Biz onlarla eyni dili istifadə edə bilmərik. Biz özümüzə yaraşanı edirik. Onların da dillərinin dəyişməsini gözləyirik.
Aydın Taş