Mühafizəçi vergi müfəttişini döydü

vergiler-nazirliyiXəbərə görə, hadisə Nizami rayonu, Ə.Vəliyev küçəsində baş verib.

Vergilər Nazirliyi Bakı şəhər Departamentinin müfəttişi 1964-cü il təvəllüdlü Ramiz Babayev bir neçə gün öncə ərazi üzrə səyyar vergi yoxlamaları apararkən döyülüb.

R.Babayev “Class” MMC-yə məxsus sexdə vergi yoxlaması aparmaq istəyərkən şirkətin mühafizəçisi Bakı sakini 1965-ci il təvəllüdlü Emin Allaheverdiyev tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

 

(Qafqazinfo)