Almaniya və Fransa “İncirlik”i istədi

olland-merkelAlman hökuməti dekabrın 1-də İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya əsgər və kəşftəyyat təyyarələri göndərmək haqqında qərar qəbul edib. Berlin, İŞİD-lə döyüşə 1200 əsgər, 4-6 arası Tornado kəşfiyyat təyyarəsi göndərməyi qərara alıb. Fransa və Almaniya, Türkiyənin “İncirlik” Hava bazasından istifadə etmək niyyətindədir. Artıq hər iki ölkə bu məqsədlə Ankaraya müraciət edib. Daha əvvəl ABŞ Hava Qüvvələrinə “İncirlik”dən istifadə imkanı yaradan  Türkiyə, bu istəklərə də müsbət yanaşıb.

 

Aydın Taş