İran Qərbə əzələ nümayiş etdirir

Iran Qərbə əzələ nümayiş etdirib. Iran ordusu müdafiə hazırlığını təkmilləşdirmək üçün ölkənin şərqində hərbi təlimlər keçirir. “Tamen əl-Hocac döyüş oyunları” adlandırılan təlimlər noyabrın 18-də başlayıb və ölkənin şərqində 800 min kvadrat kilometr ərazini əhatə edir. Hərbi təlimlərin birinci mərhələsində silahlı qüvvələrin havadan müdafiə hərbi hissələri əvvəlcədən müəyyənləşdirilmiş ərazilərdə yerləşdirilib.

Hərbi təlimlərdə Iran silahlı qüvvələrinin döyüş, kəşfiyyat və əməliyyat diviziyaları ilə yanaşı, passiv müdafiə hərbi hissələri də iştirak edir. Təlimlərin ilkin mərhələsində hərbi hissələrin birinci və ikinci dərəcəli komanda mərkəzləri, passiv müdafiə prinsipləri, taktik və çevik reaksiya diviziyaları yaratmaq qabiliyyəti qimətləndirilir. Xatəm əl-Ənbiyə havadan müdafiə bazası tərəfindən idarə edilən təlimlərdə həmçinin hərbi qüvvələrin operativliyi və hazırlıq dərəcəsi yoxlanılacaq, onların malik olduğu təchizatın əməliyyat imkanları təkmilləşdiriləcək. Iran dəfələrlə hərbi təlimlərin başqa ölkələr üçün təhlükə törətmədiyini, müdafiə doktrinasının özünümüdafiəyə əsaslandığını bəyan edib.