Xədicə İsmayıla eyni vaxtda 2 beynəlxalq mükafat

Tanınmış jurnalist «Holme» qəhrəmanlıq mükafatına və dünyanın 100 düşünən adamı adına layiq görüldü

Dünyanın ən nüfuzlu jurnallarından biri olan “Foreign Policy” 17-ci dəfə dünyada ilk yüzlüyə düşən “düşüncə insanları”nın siyahısını tərtib edib. Siyahıda dünyanın müxtəlif ölkələrindən məşhurlar, siyasətçilər, jurnalistlər var. Siyahıya həmçinin Azərbaycanda, hazırda həbsdə olan jurnalist Xədicə Ismayılın da adı daxil edilib. O, prezident ailəsinin biznesi, əmlakı və ölkədəki qanunsuzluqlarla bağlı araşdırmalara görə hazırda həbsdədir.

Bu arada, Isveçdə Ikinci Dünya Müharibəsi zamanı nasistlər əleyhinə mövqeyilə tanınan “Göteborqun liberalÿHandels-och-Scofarstidning”ÿ(GHT) qəzeti həbsdə olan azərbaycanlı jurnalist Xədicə Ismayılı “Holme – ilin qəhrəmanı” mükafatına layiq görüb. “Amerikanın səsi” radiosunun bu barədə yaydığı məlumatda bildirilir ki, mükafatın adı Isveç yazıçısı Yan Fridegeradın trilogiyasının qəhrəmanının adından götürülüb.

Mükafat hər il Afrika məəli amerikalı vətəndaş hüquqları müdafiəçisi Roza Parksın avtobusda ağ sərnişinlərə yer verməkdən imtina etdiyi gün verilir.

Qaliblər azadlıq və ədalət kimi dəyərləri üstün tutaraq, karyeraları və bəzən həyatlarını riskə qoyan şəxslər arasından seçilir.

Qəzet Xədicə Ismayılı “Holme” mükafatına peşəkar jurnalist vəzifəsini yerinə yetirməyiÿtəhlükələrdən daha üstün tutduğuna görə layiq gördüyünü açıqlayıb.

Mükafatın bundan öncəki qalibləri ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin keçmiş əməkdaşı Edvard Snouden, “WikiLeaks” saytının təsisçisi Julian Assanc və meksikalı araşdırmaçı jurnalist Lidiya Kaço olub.

Azadlıq” radiosunun əməkdaşı olan araşdırmaçı jurnalist Xədicə Ismayıl Mütəşəkkil Cinayətarlıq və Korrupsiyaya qarşı Curnalist layihəsi, OCCRP qrupunda aparıcı araşdırmaçı jurnalistlərdən biri idi.

O, Azərbaycanda hakimiyyətin yüksək eşelonlarında korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınır.

Xatırladaq ki, Xədicə Ismayıl ötən ilin dekabrından həbsdədir. Bu il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, qanunsuz sahibkarlıq, vergi yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində hakim Ilqar Murquzovun sədrlik etdiyi hakimlər heyəti Xədicə Ismayılın apellyasiya şikayətini təmin etməyib və hökm qüvvədə saxlanılıb.

Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə Ismayılı “vicdan məhbusu” elan edib.