Əliyevlə Sarkisyan ədalətli seçkiyə hazır deyil

Stefen Blank: «ABŞ administrasiyası Cənubi Qafqazda daxili siyasi proseslərə daha yaxından diqqət ayırmalıdır»

“Ermənistanda son həftələrin silsilə istefaları hakim elitada seçkiöncəsi narazılıqdan xəbər versə də, ölkənin siyasi səhnəsini dəyişə bilmək əmsalında deyil”. Ermənistandakı istefalar haqda Vaşinqton ekspertləri belə düşünürlər.
ABŞ rəsmilərindən biri “Turan”ın müxbiri ilə söhbətində bu istefaları 1990-cı illərin seçkiöncəsi istefaları ilə müqayisə edib. Amma bu siyasi istefaların Sarkisyan hakimiyyətinin dayaqlarına təsir etmədiyini deyib. Vaşinqton durumu müzakirə etmək üçün tezliklə Yerevana nümayəndə heyəti yollamağı düşünür. ABŞ Ordusu Hərb Kollecinin Strateji Araşdırmalar Institutunun milli təhlükəsizlik məsələləri üzrə eksperti Stefen Blank isə Sarkisyanın demokratik dəyişikliklərə imkan verməycəyini bildirib. “Yerevanda və Bakıda prezidentlər narazı elitaya bir dəfə də olsun şans yaratmaq və ya azad-ədalətli seçkilər keçirməyə qadir deyillər” deyə bildirib və “belə şəraitdə yerli siyasətçilər heç olmasa seçkilər öncəsi liderlərin diqqətini idarəçilik maşınının sürətinə cəlb etməlidir ki, Ermənistanda da bu baş verir” deyə Blank mövqeyini nəzərə çatdırıb. Professor Blank ABŞ administrasiyasını Cənubi Qafqazda daxili siyasi proseslərə daha yaxından diqqət ayırmağa çağırıb. Onun fikrincə, “bu regionda münaqişələrlə daxili siyasət arasında ”sərhədlər” olduqca yaxındılr”.
Amma mənbə əmindir ki, Vaşinqtonun hazırda “Qarabağ münaqişəsilə bağlı heç bir narahatlığı yoxdur”.