Obama Türkiyəni bir daha dəstəklədi FOTO VİDEO

 

Fransada keçirilən İqlim Dəyişikliyi Zirvəsinə qatılan Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Obama bu gün Parisdə bir araya gəlib. Prezidentlər görüşdən sonra müzakirələr haqda mətbuata məlumat veriblər.
Obama Türkiyə və Rusiya arasında baş verən gərginliyi müzakirə etdiklərini, tərəflər arasında sülhün bərqərar olması üçün yollar aradıqlarını bildirib. Obama  eyni zmanada, Türkiyənin özünü müdafiə hüququnun ABŞ tərəfindən dəstəkləndiyini bir daha təkrarlayıb.

Prezident Ərdoğan isə Suriyada aparılan mübarizənin detalları üzərində dayandıqlarını bildirib: “Arzumuz Suriyada keçid prosesinin müvəffəqiyyətlə başa çatmasıdır. Türkiyə olaraq Rusiya ilə aramızdakı gərginliyi azaltmaq istəyirik. Dərdimiz, bu gərginliyin diplomatik yolla həll olunmasıdır”,- deyə Ərdoğan bildirib.

Aydın Taş